Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək

Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
17 Apr 2024 08:54

Nazirlər Kabineti Biləsuvar və Neftçala rayonlarının inzibati ərazilərində dövlət mülkiyyətinə aid torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilməsi haqqında qərar qəbul edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 454 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Həmçinin Neftçala rayonunun inzibati ərazisində Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523 hektar torpaq sahəsi Energetika Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973 hektar torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.


29 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Əbdülhəmid Əlxəlifə ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşüb.

29 Apr 2024
Cəmiyyət

Azad edilmiş ərazilərdə aşkar edilən minaların sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

29 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Bu gün yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Füzulidə ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

29 Apr 2024
Cəmiyyət

Aprelin son gününə hava proqnozu açıqlandı

Ölkə ərazisində aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Apr 2024
Cəmiyyət

DİM mayın 5-də imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 may 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub.