Bu gün yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Füzulidə ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
“Report” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatıb.
Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə Texnologiyaları və İnnovasiya Departamenti yaradılıb.
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Novruz Mahmud oğlu Quliyevin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda torpağa tapşırılıb.