Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,21 ABŞ dolları, yaxud 2,61 % artaraq 86,88 dollara çatıb.
Ötən gün “Brent” markalı neftin bir bareli 83,61 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.