M.Ə.Rəsulzadə qəsəbəsində sakinlərlə görüş keçirilib

M.Ə.Rəsulzadə qəsəbəsində sakinlərlə görüş keçirilib
11 2016 00:00

2016-cı il iyun ayının 10-da 100 saylı məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun və 9 saylı Binəqədi II Seçki Dairəsindən Millət Vəkili seçilmiş  Kamaləddin  Qafarovun M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri ilə növbəti görüşü keçirilib. Bu barədə məlumatı Binəqədi RİH yayıb.

Məlumatda qeyd olunur ki,  görüşdə rayon rəhbəri və millət vəkili ilə yanaşı, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri,  qəsəbə sakinləri və M.Ə.Rəsulzadə bələdiyyəsinin təmsilçiləri iştirak edib.

İcra başçısı Xaləddin İsgəndərov görüşü açaraq  ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial–iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Daha sonra qəsəbə sakinləri çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruriliyini bildiriblər.

Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

Eyni zamanda  millət vəkili Kamaləddin Qafarov da səsləndirilən bir sıra məsələlərə müvafiq izahatlar verərək, onların həllinə köməklik göstərəcəyini bildirib.

Tags

# kəmaləddin qafarov, kamaləddin qafarov, qafurov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis


19 İyun 2017

Gürcüstandan ölkəyə avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Oxu.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur. 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib. Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb

8 May 2017

Yeni qanun - Yaşıl Pasport

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar. Enter.News -un məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir. Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

1 Fev 2017

Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası

Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələləri bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının tibbi təminatını daim diqqət mərkəzində saxlamış və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşması üçün böyük işlər görmüşdür.

12 Dek 2016

Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

12 Dek 2016

Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.