Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası

Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası
01 2017 00:00

Kamaləddin Qafarov
Milli Məclisin deputatı,
Milli Onkologiya Mərkəzi
baş direktorunun müavini

Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələləri bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının tibbi təminatını daim diqqət mərkəzində saxlamış və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşması üçün böyük işlər görmüşdür.

Səhiyyənin inkişafının prioritet istiqamətlərini düzgün qiymətləndirən Heydər Əliyev çox gözəl başa düşürdü ki, bu strukturun ən ağır sahələrindən biri onkologiyadır. Ona görə də Ulu öndər Azərbaycanda məhz bu sahənin inkişafına xüsusi diqqət ayırmışdır.

Səhiyyənin təşkili probleminə yaxından bələd olan Heydər Əliyev Azərbaycanda Elmi-Klinik Onkoloji Mərkəzin yaradılması üçün çox böyük əmək sərf etmişdir. O, keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini olarkən şəxsi təşəbbüsü ilə Bakı şəhərində Respublika Onkoloji Elmi Mərkəzi üçün yeni korpuslar kompleksinin tikinti layihəsinin təsdiqinə nail olmuşdu. Bu plan 1986-cı ildə həmin binaların tikintisinə başlamağa imkan verdi. Lakin SSRİ-nin dağılması ilə əlaqədar olaraq, məlum səbəblərdən binaların tikintisi dayandırıldı. Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə ölkənin idarəçiliyinə qayıtdıqdan sonra bu məsələ yenidən müzakirə edilməyə başladı. Onkoloji xidmətin artan əhəmiyyətini nəzərə alaraq, 1995- ci ildə Azərbaycan Respublikası hökumətinin qərarı ilə Respublika Onkoloji Elmi Mərkəzi Milli Onkologiya Mərkəzi statusu aldı.

Milli Onkologiya Mərkəzinin yaradılması tarixi XX yüzilliyin 30-cu illərinin sonu 40-cı illərinin əvvəllərinə təsadüf edir. 1932-ci il- də Bakı Cərrahlar Cəmiyyəti keçirdiyi bir sıra iclaslarını respublikada xərçəng əleyhinə mübarizənin təşkilati işlərinə həsr etmişdi. Bunun davamı olaraq 1932-ci ildə Xərçəng İnstitutunun təşkili ilə məşğul olan xüsusi ixtisaslaşmış komitə seçildi. Bu dövrdə bir daha aydın oldu ki, Azərbaycanda onkologiyanın inkişafına maneçilik törədən əsas səbəblərdən biri bədxassəli şişlərin problemləri ilə məşğul olan ixtisaslaşmış elmi tibbi idarənin olmamasıdır. Bununla əlaqədar 1939-cu ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı nəzdində Respublika Xərçəng Əleyhinə Komitə yaradıldı. 1941-ci ilin yanvarında Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Xalq Səhiyyə Komissarlığının 10 dekabr 1940-cı il 2928 №-li qərarına əsasən Bakıda Azərbaycan Respublikası Elmi Tədqiqat Rentgen- Radiologiya İnstitutu (ETRRİ) təşkil edildi.

1963-cü ilin iyul ayında Azər baycan  SSR  Səhiyyə  Nazirliyinin əmri ilə ETRRİ-nin adı dəyişdirilərək Elmi Tədqiqat Rentgenologiya Radiologiya və Onkologiya İnstitutu adlandırıldı (ETRROİ). Buna səbəb kliniki və eksperimental onkologiya sahəsində mütəmadi aparılan elmi tədqiqat işlərinin xeyli artması oldu.

1964-cü ildə institutun 2 yeni korpusu tikilib başa çatdırıldı və burada bütün şöbələr yerləşdirildi. Bu, öz növbəsində, kliniki fəaliyyətin və aparılan elmi tədqiqat işlərinin keyfiyyətinə öz müsbət təsirini göstərdi.

İllər ötdükcə institutda yüksək ixtisaslı həkim, bioloq, mühəndislərdən ibarət kollektivin fəaliyyətinin artması ona Azərbaycanda aparıcı elmi tədqiqat işlərinin yerinə yetirilməsi üçün bazaya çevrilmək imkanı verdi. İnstitutun kliniki və eksperimental bazası durmadan möhkəmlənir və zənginləşirdi.

60-cı illərin ikinci yarısından etibarən ilk dəfə Moskva, Leninqrad, Kiyev və digər ölkələrin onkoloji institutları ilə birlikdə elmi işlərin aparılmasına başlanıldı. Bu dövr institutda bədxassəli şişlərin diaqnostikası və müalicəsinin keyfiyyətinin yüksəlməsinə səbəb olan bir sıra təşkilati struktur dəyişikliklərinin aparılması ilə xarakterizə olunur. Bir neçə il ərzində institutun kliniki bazası iki dəfəyə qədər artdı. Belə ki, 1980-ci ildə institutda çarpayıların sayı 300-ə çatdırıldı (hazırda 1040-dan çoxdur) və bədxassəli şişlərin diaqnostikası və müalicəsində bütün müasir üsulların tətbiqinə başlanıldı. Eyni zamanda, bu metodların rayonlararası onkoloji dispanserlərdə də tətbiqinə ciddi fikir verilmişdir.

1988-ci ilin fevralında institut Respublika Onkoloji Elmi Mərkəz (ROEM)  adını  alır.  1990-cı  ildə bu elm və müalicə ocağının 10 il direktor müavini vəzifəsində çalışmış, o vaxtlar tibb elmləri doktoru, professor olan, indi isə dünya şöhrətli akademik kimi tanınan Cəmil Əliyev mərkəzin direktoru təyin edilir. Elmi və praktiki onkoloji tədqiqatların koordinasiyasında mərkəzin daim artmaqda olan rolu Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ona xərçəngin öyrənilməsi sahəsində aparıcı elmi-tədqiqat idarəsinin funksiyasını həvalə etməyə səbəb oldu. Məhz bu dövrdən etibarən mərkəz davamlı inkişaf yoluna qədəm qoydu. Ötən əsrin 80-90-cı illərində mərkəzin fəaliyyətinin bütün istiqamətlərində elmi tədqiqat, təşkilati-metodik, elmi kadrların və praktik səhiyyə üçün yüksək ixtisaslı həkimlərin hazırlanması işində böyük irəliləyişlər baş verdi. Bu illərdə Cəmil Əliyevin rəhbərliyi altında respublika əhalisi arasında bədxassəli  şişlərin erkən diaqnostikası sahəsində skrininq proqramları hazırlanıb həyata keçirildi. Bu, öz növbəsində, respublikamızda qeyd edilən xəstəliklərin gecikmiş halda olmasını göstərən müraciətlərin sayını xeyli azaltdı. Xəstələrdə kompleks müalicə metodları, reabilitasiya və orqan qoruyucu əməliyyatların tətbiqi də həyata keçirildi. Mərkəzdə yeni şiş əleyhinə preparatların yaradılması sahəsində perspektivli tədqiqatlar başlandı. Bu məqsədlə mərkəz üçün vivari tikilib istifadəyə verildi və xərçəngin dərmanla müalicəsi ilə məşğul olan yeni elmi-kliniki şöbə təşkil edildi.

Həmin dövrdə elmi kadrların hazırlanmasına çox böyük qayğı və diqqət göstərildi. Tibb İnstitutunun layiqli tələbələri müsabiqə üsulu ilə seçilib təhsillərini davam etdirmək üçün keçmiş Sovet İttifaqının aparıcı onkoloji mərkəzlərinə (Moskva, Leninqrad, Obninsk və s.) göndərildi. Hazırda təkcə Rusiya Onkoloji Elmi Mərkəzində 40 nəfərdən artıq elmlər doktoru və tibb üzrə fəlsəfə doktoru çalışır ki, onların da böyük əksəriyyəti  bu yaxınlarda 75 illiyi qeyd olunacaq Azərbaycan Milli Onkologiya Mərkəzinin etibar edib göndərdiyi perspektivli kadrlardır. Dünyanın müxtəlif elmi mərkəzlərində təkmilləşmə və ixtisaslaşma kursları və ordinaturalar keçib geri qayıtmış yüzlərlə gənc mütəxəssis mərkəzin kollektivinin xeyli hissəsini təşkil edir və bu gün onlar Azərbaycanda onkologiya sahəsində müvəffəqiyyətlə elmi tədqiqat işləri aparırlar.

80-ci illərin sonu 90-cı illərin əvvəlləri mərkəzin nüfuzunun beynəlxalq elm aləmində sürətlə artmasına təsadüf etmişdir ki, bu da öz növbəsində postsovet dövlətləri arasında olduğu kimi, Avropa və Şimali Amerika ilə elmi əlaqələrin genişlənməsinə gətirib çıxarmışdır.

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin himayədarlığı ilə inkişaf edib şöhrətlənən Azərbaycan səhiyyəsi bu gün Ulu öndərin davamçısı Prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində yeni inkişaf dövrünü yaşayır. 2009-cu ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Onkologiya Mərkəzində olmuş və yeni cərrahiyyə korpusunun istifadəyə verilməsi mərasimində şəxsən iştirak etmişdir. Bu hadisə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Bakıda müasir və dünya standartlarına cavab verən avadanlıqlarla təmin olunmuş Onkologiya Mərkəzinin yaradılması barədə təşəbbüsünün həyata keçməsinin növbəti mərhələsi demək idi.

Prezident İlham Əliyevin daimi diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatları, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işləri artıq bir çox Azərbaycan vətəndaşı öz həyatında hiss edir.

Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika və avadanlıqlarla, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilmişdir. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan qaldırılmışdır. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi tamamilə yaxşılaşmışdır. Bu xəstəlikdən ölüm göstəricisinin son illər ərzində   stabilləşməsinə   və  aşağı salınmasına nail olunmuşdur.

Akademik Cəmil Əliyevin yorulmaz fəaliyyəti, təşkilatçılıq təcrübəsi nəticəsində zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilir. Mərkəzin əməkdaşları tərəfindən respublikanın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir   cərrahi,   şüa   və  dərman müalicəsi, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır.

Milli Onkologiya Mərkəzi bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Mərkəzin əməkdaşları tərəfindən hər il onkoloji xidmətin təkmilləşdirilməsinə dair səyyar sessiyalar keçirilir. Burada respublikanın kliniki və eksperimental onkologiya, şüa diaqnostikası və şüa terapiyası ixtisasları üzrə aparıcı mütəxəssislərin mütləq əksəriyyəti cəmlənmişdir. Mərkəzdə akademik Cəmil Əliyevin yetirmələri olan 5 professor, 2 əməkdar elm xadimi, 10 tibb elmləri doktoru, 50-dən artıq tibb və biologiya üzrə fəlsəfə doktoru çalışır.

2015-ci ilin rəsmi statistikasına görə, Azərbaycanda 40653 nəfər onkoloji xəstə qeydiyyatda olub. Onlardan 14577 nəfərini 5 il və ondan artıq yaşayanlar təşkil edib. Ümumilikdə il ərzində 10354 nəfər 1-cili onkoloji xəstəliklərlə qeydiyyata götürülüb.

Mütəxəssislərin rəyinə görə, bu xəstəliklər arasında lokalizasiyalara gəldikdə, ilkin yerləri  ağciyər-bronx, qadınlarda süd vəzi və uşaqlıq boynu xərçəngi üstünlük təşkil edir. Xəstəliyin  mərhələlərinə gəldikdə isə 4541 nəfər xəstəliyin 1-ci və 2-ci, 3381 nəfər 3-cü, 2261 nəfər isə xəstəliyin 4-cü mərhələsində olub.Xərçəng xəstəliyi barədə insanlar arasında dəhşətli təsəvvür yaratmaq doğru deyil. Ölkəmizdə qeydiyyatda olan elə xərçəng xəstələri var ki, onlar artıq 20-25 ildir ki, yaşayırlar.Statistik məlumatlar göstərir ki, son illər aparılan maarifləndirmə tədbirləri zamanı xərçəng xəstəliyinin müayinəsi və müalicəsi üçün müraciət edənlərin sayında artım müşahidə olunur. Vaxtında həkimə müraciət edən xəstələrdə müalicə effekt verir.Uşaqlar arasında da onkoloji xəstəliklər var və bu cür hallara əvvəllər də rast gəlinib. Sadəcə olaraq keçmişdə Azərbaycanda onkoloji xəstəliklərə mübtəla olan uşaqlarda bu xəstəliyi müalicə etmək üçün  şərait yox idi. Məlum olduğu kimi, artıq xeyli müddətdir Milli Onkologiya Mərkəzində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın şəxsi təşəbbüsü və himayəsi ilə tikilib istifadəyə verilmiş yeni Uşaq Klinikası fəaliyyət göstərir. Klinikada onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar müayinə və müalicə olunurlar. Halbuki bir neçə il bundan əvvələ kimi belə xəstə uşaqları müalicə üçün ancaq xarici ölkələrə aparırdılar. Hazırda Azərbaycanda 623 uşaq onkoloji xəstə kimi qeydiyyatdadır.Son illər ərzində mərkəzin əməkdaşları tərəfindən respublikanın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və xərçəngin dərmanla müalicəsinin təkmilləşməsi sahə- sində böyük elmi araşdırmalar aparılmışdır. Yeni reabilitasiya metodlarının seçilməsi və bədxassəli şişlərin bir sıra lokalizasiyalarda orqan- qoruyucu operasiya metodlarının öyrənilməsi sahəsində böyük nailiyyətlər qazanılmışdır.Bu günədək əldə etdiyi böyük elmi potensial və müasir material teniki baza Milli Onkologiya Mər- kəzinin (MOM) təkcə onkologiya sahəsində deyil, onunla həmmərz olan elmlərdə də çoxsahəli elmi təd- qiqat problemlərinin öyrənilməsinə təminat verir. Hazırda MOM onkologiya sahəsində elmi metodik- praktik işin və eləcə də əhaliyə göstərilən ixtisaslaşmış onkoloji yardımın koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Respublikanın bütün bölgələrindən, 8 rayonlararası onkoloji dis- panserdən (Naxçıvan, Xankəndi, Sumqayıt,  Lənkəran,  Şəki, Mingəçevir, Şirvan) və 100-ə yaxın onkoloji kabinetdən mərkəzə respublikada onkoloji xəstəliklərə mübtəla olmuş insanlar haqqında məlumat- lar verilir, onların diaqnostikası və müalicəsi barədə informasiyalar toplanır.

MOM-un əməkdaşları tərəfindən respublikada hər il mütəmadi olaraq əhaliyə onkoloji yardımın təkmilləşdirilməsinə dair səyyar sessiyalar keçirilir.1993-cü ildən mərkəzdə “Onkologiya”, “Şüa diaqnostikası və şüa terapiyası” və bunlarla həmmərz olan ixtisaslar üzrə namizədlik dissertasiyalarının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Ötən illər ərzində şurada onlarla doktorluq və namizədlik dissertasiyası müzakirə edilmiş və müdafiə olunmuşdur.

Mərkəzdə klinik ordinatura vasi praktik səhiyyə üçün daim ixtisaslaşmış kadrlar hazırlığı keçirilir. Gələcəkdə onkologiya və tibbi radiologiya sahəsində çalışmağı qərara almış Tibb İnstitutunun məzunları burada internatura kursları keçirlər.

Milli Onkologiya Mərkəzi Azərbaycan mütəxəssislərinin böyük əksəriyyətinin əvvəllər olduğu kimi bu gün də hazırlıq keçdiyi Rusiya EA-nın N.N. Bloxin adına Onkoloji Elmi Mərkəzi ilə sıx əlaqələrini davam etdirir. Həmçinin ənənəvi olaraq MOM Qafqaz, Ukrayna, Özbəkistan və digər MDB dövlətlərinin onkoloqları ilə də elmi münasibətlər yaradır. MOM-un əməkdaşları Türkiyə, İngiltərə, Almaniya, İsveç rə, ABŞ, Avstriya və bir sıra başqa dövlətlərdən olan əməkdaşlarla müştərək elmi işlər aparırlar.

Bu günlərdə kollektivin həyatın da əlamətdar hadisə baş vermişdir: Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzi təsis edilmişdir. Xüsusi olaraq bu tədbir üçün Azərbaycana gəlmiş Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktorunun müavini Dazhu Yanq mərkəzin ölkəmiz və bölgə üçün əhəmiyyətindən danışıb və bu əlamətdar hadisə münasibətilə Azərbaycanın tibb işçilərini və xalqımızı təbrik edib. “Hər bir ölkənin onkoloji xəstəliklərlə mübarizə potensialının artırılması, xər- çəngin müalicə və diaqnostikasının daha da təkmilləşdirilməsi əsas məqsədimizdir. Bunun üçün müxtəlif ölkələri avadanlıqlarla və kadrlarla təmin edirik. Bakıda istifadəyə verilən Nüvə Təbabəti Mərkəzi isə xərçənglə mübarizə sahəsində mühüm mərhələdir”, - deyə Dazhu Yanq bildirib.

Azərbaycanda əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb. Azərbaycan Milli Onkologiya Mərkəzi öz təchizatına görə Avropanın bir sıra qabaqcıl klinikalarından irəlidədir və bu inkişaf mərkəzin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Gürcüstan Milli Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, bir çox xarici elmlər akademiyalarının və nüfuzlu elmi qurumların həqiqi üzvü və fəxri doktoru olan Cəmil Əliyevin gərgin əməyi sayəsində mümkün olmuşdur. 75 illik səmərəli və mənalı inkişaf yolu keçmiş, bu dövr ərzində Cənubi Qafqaz bölgəsinin ən müasir və təchiz olunmuş, nüfuzlu elmipraktik fəaliyyəti ilə məşhurlaşmış bir kollektivinə çevrilmiş Azərbaycan Milli Onkologiya Mərkəzi dünyanın qabaqcıl onkoloji mərkəzləri ilə uğurlu əməkdaşlıq əlaqə- ləri qurmuşdur. ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyaları layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalanmışdır. Bununla da Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verilmişdir. Həmçinin Azərbaycan Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın M.D. Anderson Xərçəng Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdır və azərbaycanlı mütəxəssislər bu nüfuzlu mərkəzdə təcrübə keçirlər.

Azərbaycanın onkoloji xidmətinin bundan sonra da ölkəmizin vahid səhiyyə sistemində öncül yerlərdən birini tutacağına çox böyük ümid və inamımız vardır.

                                                                                "Milli Məclis" jurnalının 2016-cı il may-iyun nömrəsi
















Tags

# kəmaləddin qafarov, kamaləddin qafarov, qafurov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis

19 İyun 2017

Gürcüstandan ölkəyə avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Oxu.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur. 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib. Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb

8 May 2017

Yeni qanun - Yaşıl Pasport

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar. Enter.News -un məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir. Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

12 Dek 2016

Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

12 Dek 2016

Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

10 Okt 2016

Binəqədi rayonunda “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirildi

Tədbir 25 illik tarixə malik olan müstəqil Azərbaycanın dövlətçilik tarixini əks etdirən  qədim bayraqların sərgisi ilə başladı.