Kamaləddin Qafarov: “Gənclərimizin vətənə və xalqa sadiq qalmaları üçün əlimizdən gələni etməliyik”

Kamaləddin Qafarov: “Gənclərimizin vətənə və xalqa sadiq qalmaları üçün əlimizdən gələni etməliyik”
18 2016 00:00

Müasir Azərbaycan gəncliyinin inkişafa çox meyilli olması, dünyada baş verən pozitiv elmi-texnoloji və mədəni yeniliklərə ciddi maraq göstərməsi sevindirici haldır.

Realpress.az Gün.Az-a istinadən xəbər verir ki, bu sözləri  millət vəkili Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, gənclər cəmiyyətimizin əhəmiyyətli hissəsini təşkil etməklə yanaşı, həm də bütün mənalarda dövlətin, xalqın gələcəyinin qurulması prosesinin əsas iştirakçılarıdırlar.

“Bu baxımdan, formalaşan gəncliyimizin ümumilikdə milli ruhda tərbiyələnməsi, gənclərimizin müxtəlif sahələr üzrə yüksək səviyyəli  mütəxəssislər kimi yetişməsi çox mühüm məsələdir”.

Millət vəkili vurğulayıb ki, ayrı-ayrı istedadlı gənclərimizin beynəlxalq səviyyədə ölkəmizi uğurla təmsil etmələri, fərdi planda ciddi nailiyyətlərə imza atmaları çox əlamətdardır.

“Prezident İlham Əliyev  gənclərlə görüşündə də qeyd edib ki, gənclər milli ruhda tərbiyə almalıdırlar və bizdən sonra hakimiyyətə gələn nəsil də dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət amalları ilə yaşamalıdır”.

K.Qafarov hesab edir ki, gəncliyimizin bu müsbət potensilı ilk növbədə ölkəmizin inkişafına yönəlməlidir və bu məsələdə ümidverici gənclərimizə lazım olan qədər dəstək verməliyik.

“Bu dəstək onlara öz istedadlarını dövlətin inkişafına və xalqın gələcəyinə sərf etmələrinə şərait yaratmalı, eyni zamanda, onların öz bacarıqları ilə layiq olduqları karyeralarını qurmalarına təkan verməlidir.

Azərbaycanın əlverişli geopolitik mövqeyi istedadlı gənclərimizi həm də ölkəmizə qarşı dost mövqeyi ilə seçilməyən beynəlxalq dairələrin diqqət mərkəzinə gətirir və bu dairələr həmin gənclərdən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar.

Gənclərimizi belə neqativ kənar təsirlərdən qorumaq, onları öz milli köklərinə, Vətənə və xalqa sadiq qalmaları üçün əlimizdən gələni etməliyik.

Bunun üçün ilk növbədə gənclərimizin bütün sahələrdə, o cümlədən biznesdə özünüifadə imkanları genişləndirilməli, onların öz bacarıqlarına uyğun mövqe tutmaları və irəliləmələri təmin edilməlidir.

Unutmaq olmaz ki, bu gün sadəcə, istedadlı gənc deyə baxdığımız vətəndaşlar sabahın idarəedicilədirlər.  Bunu nəzərə aldıqda, gənclərimizə yaradılacaq şəraitin əhəmiyyəti daha aydın təsəvvür olunar”.

Millət vəkili qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində ciddi addımlar atılır və məqsədyönlü işlər görülür.

“Fikrimcə, gənclər də bu prosesdə mümkün qədər fəal olmalı, həyata keçirilən işlərə öz töhfələrini verməlidirlər.

Xüsusilə, nəzərdə tutlan geniş özəlləşdirmə prosesinin icrasında gənc sahibkarlar özlərini təsdiq etmək imkanı qazanacaqlar. Onlar bu imkandan istifadə etməli və artıq böyük biznes layihələrinin həyata keçirilməsində təşəbbüsü öz üzərlərinə götürmək haqqında düşünməlidirlər.

Gənclərimiz bilməlidirlər ki, dövlət onların bütün faydalı təşəbbüs və fəaliyyətlərini dəstəkləyəcək”.


Tags

# kəmaləddin qafarov, kamaləddin qafarov, qafurov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis


19 İyun 2017

Gürcüstandan ölkəyə avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Oxu.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur. 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib. Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb

8 May 2017

Yeni qanun - Yaşıl Pasport

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar. Enter.News -un məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir. Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

1 Fev 2017

Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası

Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələləri bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının tibbi təminatını daim diqqət mərkəzində saxlamış və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşması üçün böyük işlər görmüşdür.

12 Dek 2016

Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

12 Dek 2016

Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.