Fransız jurnalistlər Qarabağ bölgəsində ermənilərin törətdikləri vandalizmdən dəhşətə gəliblər - FOTO

Fransız jurnalistlər Qarabağ bölgəsində ermənilərin törətdikləri vandalizmdən dəhşətə gəliblər - FOTO
31 İyul 2021 10:21


Diasporla Iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olan fransız jurnalist, tarixçi Alain Roumestand və fransız fotoqraf Gregory Herpen işğaldan azad olunmuş Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində olublar.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı onlar ermənilərin 30 ilə yaxın müddət ərzində Azərbaycanın Qarabağ bölgəsində törətdikləri vəhşiliklərin, Oxçuçayın kütləvi şəkildə çirkləndirilməsinin  şahidi olublar. Fransız qonaqlar müxtəlif KİV-lərə müsahibələrində mövcud vəziyyətdən çox təsirləndiklərini bildiriblər. 

Bakı şəhərindəki Azərbaycan–Fransız Universitetini (UFAZ), erməni kilsəsini və "Qobu-Park 3" yaşayış kompleksində fəaliyyət göstərən "Xarı Bülbül" mərkəzini ziyarət edən qonaqlar sosial şəbəkələrdə paylaşdıqları statuslarda Bakıya heyran olduqlarını, Azərbaycan paytaxtında böyük dəyişikliklərin baş verdiyini, Bakının qədimliklə müasirliyin qovuşduğu gözəl şəhərə çevrildiyini nəzərə çatdırıblar, ölkəmizdəki inkişaf proseslərinə diqqəti cəlb ediblər. Fransaya qayıtdıqdan sonra Azərbaycanda gördükləri inkişaf prosesləri, işğaldan azad olunan torpaqlarımızdakı mövcud vəziyyət barədə geniş məqalələrlə çıxış edəcəklərini vurğulayıblar.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.