Ceyhun Bayramov ADA Universitetində tədbirdə iştirak edib – FOTO

Ceyhun Bayramov ADA Universitetində tədbirdə iştirak edib – FOTO
30 İyul 2021 10:35


29 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda diplomatiya həftəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak ediblər.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Layihənin bağlanış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanda fəaliyyət göstərən 15 könüllü təşkilat və hərəkatların nümayəndələrinin iştirakı ilə keçirilən diplomatiya həftəsinin bağlanış mərasimində layihədə iştirak edən könüllülərin fəaliyyətini əks etdirən “Azərbaycan könüllülərinin bir günü” videosu təqdim edilib.

Tədbirdə, həmçinin diplomatiya həftəsi çərçivəsində həyata keçirilən görüş və fəaliyyətlər barədə yekun hesabat videosu nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin yüksək əhəmiyyətindən bəhs edərək, Diplomatiya həftəsinin hər bir azərbaycanlı üçün rəmzi məna daşıyan Zəfərimizə həsr olunmasının vacibliyi haqqında danışdı. Həftə ərzində müxtəlif sahələr üzrə keçirilmiş görüşlərin əhəmiyyətini qeyd etdi və sözügedən görüşlərdə iştirak edən yüksək səviyyəli nümayəndələrə təşəkkür etdi. Nazir Ceyhun Bayramov eyni zamanda, könüllülük hərəkatı çərçivəsində Azərbaycan gənclərinin dövlətimizə, cəmiyyətimizə verdiyi töhfədən geniş danışaraq, könüllülüyün təkcə bir hərəkat deyil, həmçinin, Azərbaycan xalqı üçün bir ənənə və həyat tərzi mahiyyəti kəsb etdiyini bildirib. Nazir diplomatiya həftəsinin Azərbaycanda fəaliyyət göstərən 15 könüllü təşkilatının könüllülərini əhatə etməsini yüksək qiymətləndirərək, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Daha sonra, iştirakçılara sertifikatların təqdim olunması mərasimi keçirildi və diplomatiya həftəsinin 40-a yaxın iştirakçısı sertifikatla təltif olundu.

Diplomatiya həftəsinin yekunlaşması ilə əlaqədar, tədbirə ev sahibliyi edən ADA Universitetinin rektoru Hafiz Paşayev, bütün iştirakçıları təbrik etdi və gənclərə öz dəyərli tövsiyələrini verdi. Rektor, hər bir Azərbaycan vətəndaşı üçün tariximizin bu qürurverici səhifəsinin vacibliyi və əhəmiyyətindən ətraflı danışdı. Hafiz Paşayev, həmçinin təhsil aldığı sahədən asılı olmayaraq hər bir Azərbaycan gəncinin tariximizi yaxşı öyrənməli və bilməli olduğununun vacibliyini vurğuladı. Rektor, diplomatiya həftəsinin yekunlaşması ilə əlaqədar olaraq iştirakçıları təbrik etdi və gələcəkdə seçdikləri sahənin peşəkarı olmalarını tövsiyə etdi.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.