Prezidentlə görüş zamanı təsirli çıxışı ilə yadda qalan qaziyə nazirlikdə vəzifə verildi

Prezidentlə görüş zamanı təsirli çıxışı ilə yadda qalan qaziyə nazirlikdə vəzifə verildi
19 İyul 2021 12:21


İyulun 14-də Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə təsirli çıxışı ilə yadda qalan müharibə əlili Ruslan Şıxıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin edilib.

realpress.az-ın məlumatına görə o, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyində nəzarətçi vəzifəsinə işə qəbul edilib. Ruslan növbəti iş həftəsindən yeni kollektivdə fəaliyyətə başlayacaq. 

Qeyd edək ki, Ruslan Vaqif oğlu Şıxıyev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. 

Prezident İlham Əliyevin Sərəncamları ilə “Suqovuşanın azadlığı uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. İyunun 14-də isə dövlət başçısı tərəfindən ona Xocasən yaşayış kompleksindən 3 otaqlı mənzilin sənədləri təqdim edilib.


7 May 2024
Siyasət

Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.

7 May 2024
Siyasət

Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bolqarıstan Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

7 May 2024
Siyasət

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.

7 May 2024
Siyasət

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb.

7 May 2024
Siyasət

Azərbaycan Prezidentinin adından Slovakiya baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.