Özü olmadan doğum günü qeyd edilən gənc şəhid - VİDEO

Özü olmadan doğum günü qeyd edilən gənc şəhid - VİDEO
19 İyul 2021 12:19


Cəmi 18 il yaşasa da, adını tarixə yazdırmağı bacardı. Söhbət şəhid Elvin Məlikməmmədovdan gedir.

APA TV-nin xəbərinə görə, Elvin Elçin oğlu Məlikməmmədov 2002-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub.

Ailənin ilk övladı olan Elvinin özündən kiçik iki qardaşı var. Vətənpərvərliyi ilə seçilən Elvin 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Anası Hicran Məlikməmmədova deyir ki, oğlu ilə son dəfə Vətən müharibəsi başlamazdan bir həftə əvvəl görüşüb:

“Yaşı az olsa da, hörməti çox idi. Sentyabrın 20-də xidmət elədiyi hərbi hissəyə Elvinlə görüşməyə getmişdik. Görüşdük, danışdıq, şəkillər çəkdirdik. Biz qayıdanda bloknotunu mənə verdi. Tərtərdən qayıdanda yolboyu bloknotda yazılan qeydləri oxuyurdum. Həmin vaxt yazdıqlarının mənasını anlamamışdım. Elvin şəhid olandan sonra yazılanları oxudum. Mənə məktub da yazmışdı. Orda belə bir şeir vardı:

Əsgər oldum mən də Azərbaycana,
Haqqını, südünü halal et, ana.
Şəhid olsam, qəbrim üstə ağlama,
Bayramlarda bayram payımı saxlama.

Bütün qeydlərinin altında da yazmışdı ki, haqqınızı halal edin. Bloknotun axırıncı səhifəsində “Qismət olsa, dönəcəyəm. Şəhid olsam, üzülməyin, ağlamayın. Başınızı dik tutun, canım anam, başımın tacı, fəxrim atam” sətirlərini yazıb”.

Elvin Məlikməmmədov ölkəmizin ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Savaşda daim düşmənin üzərinə atılan Elvin oktyabrın 3-də şəhidlik zirvəsinə ucalıb:

Atası Elçin Məlikməmmədov deyir ki, Elvin həmişə onların başını uca edib:

“Elvin başımızı həmişə uca edib. Bu gün Elvinsiz ilk doğum gününü qeyd edirik. Elə bil həmişə tələsirdi. Elə hey deyirdi ki, dostlarım əsgərliyə getdi, mən qaldım. Tərtərdə xidmət edirdi. Sonuncu dəfə yanına gedəndə çox razılığını bildirdi. Azərbaycan əsgəri olduğu üçün fəxr edirdi. Hərbçi olmaq istəyirdi. “Başınızı uca edəcəyəm” deyirdi və elədi də. Fəxr edirəm oğlumla. Onların sayəsində torpaqlarımız azad olundu. Hamımız alnıaçıq gəzirik. Ali Baş Komandanımızdan da razıyıq ki, daim diqqət və qayğı ilə əhatə olunmuşuq”.

Şəhid Elvin Məlikməmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

29 İyul 2021
Hərbi

Əsgəri ilə birlikdə şəhid olan baş leytenant Murad İbadov - VİDEO

Baş leytenant Murad İbadov vətən dardadı deyə məzuniyyəti başa vurmadan döyüşə qatılıb və əsgəri ilə birlikdə şəhid olub.

15 İyul 2021
Hərbi

Qazi müharibədən öncəki işinə geri götürülüb - FOTO/VİDEO

Vətən müharibəsi iştirakçısı olan qazi Elxan Kərimov daha öncədən qəbul olduğu iş yerinə geri qayıdıb.

14 İyul 2021
Hərbi

Müddətli hərbi xidmətdə olan hərbçilərin övladlarına müavinət ödəniləcək

Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına aylıq müavinət ödəniləcək.

28 İyun 2021
Hərbi

Azərbaycan və Türkiyə birgə hərbi təlimə başladı

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk - 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb.

25 İyun 2021
Hərbi

Vətən müharibəsi qazisi şəhid oldu - FOTO

Azərbaycan ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib.