Lavrov Qarabağla bağlı son açıqlamasında nə demək istəyib? - MÖVQE

Lavrov Qarabağla bağlı son açıqlamasında nə demək istəyib? - MÖVQE
10 İyun 2021 16:36


“Bu gün Qarabağda hər hansı status müzakirə mövzusu ola bilməz. Cənab Prezident İlham Əliyev də bu məsələ ilə bağlı dəfələrlə qətiyyətli mövqeyni ortaya qoyub”.

Bunu realpress.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun mövqeyini şərh edərkən deyib.

Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında deyib ki, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur.

“Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”, - deyə S.Lavrov əlavə edib.

Millət vəkili C.Məmmədov xatırladıb ki, Azərbaycan Vətən müharibəsində qələbəsini təmin etdikdən sonra status məsələsi də arxivə qovuşub.

“Azərbaycan dəfələrlə statusun yolverilməzliyini və mümkünsüzlüyünü vurğulayıb. Rusiyanın xarici işlər nazirinin də mövqeyində bu məsələ öz əksini tapıb. İndi əsas prioritet bölgədə sülhün və təhlükəsizliyin təmininə, kommunikasiya layihələrinin icrasına yönəlib. Ən vacib məsələlərdən biri isə Zəngəzur dəhlizinin açılmasıdır”, - deyə C.Məmmədov söyləyib.

Deputat qeyd edib ki, bölgə dövlətləri regionda sülhün təmin olunmasında maraqlıdırlar.  

Parlamentarinin fikrincə, regionda sülh və təhlükəsizlik üçün bölgə xalqlarının birgəyaşayışı təmin edilməlidir:

“Bu gün bütün tərəflərin məqsədi odur ki, bölgədəki xalqlar bir yerdə yaşasın və gələcəyə birgə baxa bilsin. Lavrovun açıqlaması da onu göstərir ki, region dövlətləri üçün də prioritet məsələ sülhdür. Bu gün hansısa statusun müzakirəsi aktual deyil və gələcəkdə də bu məsələ önəm daşımayacaq”, - deyə C.Məmmədov fikrini yekunlaşdırıb.


7 May 2024
Siyasət

Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.

7 May 2024
Siyasət

Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bolqarıstan Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

7 May 2024
Siyasət

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.

7 May 2024
Siyasət

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb.

7 May 2024
Siyasət

Azərbaycan Prezidentinin adından Slovakiya baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.