Hindistanda koronavirusla bağlı gündəlik ölüm sayında rekord qeydə alınıb

Hindistanda koronavirusla bağlı gündəlik ölüm sayında rekord qeydə alınıb
10 İyun 2021 11:51

Ötən gün Hindistanda koronavirusa yoluxanların sayı 94 052 nəfər artaraq 29 183 121 nəfərə çatıb.

bu barədə ölkənin Səhiyyə və Rifah Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, son 24 saat ərzində infeksiya ilə bağlı ölüm hallarının sayı 6 148 nəfər artaraq 359 676 nəfərə çatıb. Bu, ölkədə pandemiya başlayandan indiyədək qeydə alınan ən yüksək göstəricidir. Mayın 19-da qeydə alınmış əvvəlki antirekord 4 529 nəfərə bərabər idi.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində 151 367 xəstə COVID-19-dan sağalıb. Bununla da sağalan şəxslərin ümumi sayı 27 655 493 nəfərə çatıb. Bundan əlavə, ölkədə aktiv xəstə sayı 1 167 952 təşkil edir.

Ötən gün ərzində infeksiyaya qarşı 3 379 261 nəfərə vaksin vurulub. Beləliklə, ölkədə peyvənd olunmuş şəxslərin ümumi sayı 242 726 693 nəfərə çatıb.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.