Hazırda yalnız 1 peşə təhsili müəssisəsi karantin səbəbilə yerində tədrisi müvəqqəti dayandırıb.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir. Ümumi heyətin 66,1 faizi birinci doza, 19,1 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak ediblər. Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.
Qeyd edilib ki, martın ayının sonundan etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.