FHN-dən yay mövsümü ilə bağlı MÜRACİƏT

FHN-dən yay mövsümü ilə bağlı MÜRACİƏT
17 May 2021 13:48


Yay mövsümünün yaxınlaşması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

FHN havaların isinməsi ilə əlaqədar yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini vurğulayır və sadə təhlükəsizlik qaydalarını bir daha xatırladır:

-   taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin; 

-   sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;

-   siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;

-   fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;

-   təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqalın yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin, ətrafını 0,5-1 metr radiusda otlardan təmizləyin. Tonqalı nəzarətsiz qoymayın;

-   tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin – tonqal əvvəlcə su ilə söndürülməli, sonra isə üstü torpaqla örtülməlidir;

-   küləkli havada tonqal qalamayın;

-   yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması qadağandır;

-   yanğın baş verərsə, mümkündürsə, onu əlinizin altında olan vasitələrlə (su, torpaq, qalın parça materialı və s.) söndürməyə çalışın və “112” qaynar xəttinə məlumat verin.

Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”-yə zəng edin!

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".