Jirinovski: Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır

Jirinovski: Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır
08 May 2021 11:29


“Qaregin Njdenin faşist cəlladı olması və birbaşa nasist Almaniyası ilə əlbirliyi ilə bağlı sübut varsa, əlbəttə ki, ona abidə qoyulmamalıdır”.

Bu barədə Rusiya Dövlət Dumasının Liberal-demokrat fraksiyasının lideri Vladimir Jirinovski APA-ya Xocavəndin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində və İrəvanda erməni faşist Qaregin Njdenin abidəsinin qurulmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, faşistlərə abidələrin ucaldılması Rusiyanın acığına edilib.

“Təəssüflər olsun ki, abidələr qoyulur. Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr düzəldilir. Faşistlər, cəlladlar və terrorçularla əməkdaşlıq edənlərə abidə qoyulması yolverilməzdir. Əgər Njde “ermənilərin Vlasovu”dursa, biz buna qarşıyıq. Hər kim faşistlərlə əməkdaşlıq etsə, ona ancaq mənfi münasibət olmalıdır”, - deyə rusiyalı siyasətçi vurğulayıb.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.

26 Apr 2024
Dünya

Afinada yüzlərlə bomba aşkarlanıb - FOTO

Yunanıstanın paytaxtı Afinada keçmiş “Ellinikon” hava limanının yerində aparılan işlər zamanı İkinci Dünya Müharibəsindən qalmış yüzlərlə bomba aşkar edilib.