Vətən müharibəsi zamanı itkin düşən və bir neçə aydan sonra şəhid olduğu müəyyənləşən Elməddin Vəkilovun nəşi ailəsinə təhvil verilib.
şəhidin cənazəsi Daşkəsəndə ailəsinin yaşadığı evə gətirilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edirlər.
Şəhid Daşkəsən şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, 1988-ci il təvəlüdlü Elməddin Nizam oğlu Vəkilov ailəli olub. O, Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərərək tək başına 10-dan çox düşməni məhv edib.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.