Azərbaycanla həmsərhəd ölkədə “Hindistan ştammı”nın aşkar edilməsi xəbərinə REAKSİYA

Azərbaycanla həmsərhəd ölkədə “Hindistan ştammı”nın aşkar edilməsi xəbərinə REAKSİYA
04 May 2021 15:22


Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze Gürcüstanda “Hindistan ştammı”nın aşkar edilməsinə dair xəbərlərə münasibət bildirib.

Bu barədə “Sputnik Gürcüstan” xəbər verib.

“Gürcüstanda indiyədək koronavirusun “Hindistan ştammı”na yoluxma halı qeydə alınmayıb. Biz ştammların öyrənilməsini aparırıq, onun mövcud olma ehtimalı var, ancaq bu laboratoriya şəraitində təsdiqini tapmayıb” - deyə Gürcüstanın baş epidemioloqu vurğulayıb.

Xatırladaq ki, bir neçə saat əvvəl Gürcüstan parlamentinin deputatı Lado Kaxadze ölkədə “Hindistan ştammı”nın aşkar edildiyini açıqlayıb.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.