Azərbaycanın yeni kəşf edilən “Zəfər” yatağı ilə bağlı nəticələr AÇIQLANDI

Azərbaycanın yeni kəşf edilən “Zəfər” yatağı ilə bağlı nəticələr AÇIQLANDI
17 Apr 2021 12:52


Ölkəmizdə qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkəti 2021-ci illə bağlı hasilat proqnozunu açıqlayıb.

realpress.az-ın şirkətdən əldə etdiyi məlumata əsasən, 2021-ci il üzrə şirkət 48 000 - 54 000 unsiya dəyərində qızıl hasil etməyi proqnozlaşdırır. 2020-ci il ərzində faktiki qızıl hasilatı 56 864 unsiyanı təşkil edib.

Həmçinin, cari ildə 2 500 - 2 800 ton mis hasil edilməsi planlaşdırılır ki, ötən il faktiki hasilat 2 591 ton olub. 2021-ci ilin proqnozunda yeni müqavilə sahələri üzrə hasilat nəzərdə tutulmayıb.

“Anglo-Asian Mining Plc” şirkətinin icraçı direktoru Reza Vəziri bildirib ki, 2020-ci ildə ehtiyatları tükənən “Uğur” yatağından hasilat gözlənilmədiyindən qızıl hasilatının daha az olacağı proqnozlaşdırılır:

Bu il ərzində qızıl hasilatı “Gədəbəy” və “Qədir” yataqları üzrə aparılacaq. Çoxlu sayda filiz əldə etdiyimiz “Gədəbəy” yatağından mis hasilatında artım gözləyirik”.

O əlavə edib ki, 2020-ci ildəki uğurlu kəşfiyyat proqramı bu il də davam etdiriləcək:

“Zəfər” yatağı üzrə qazma fəaliyyətinin nəticələri ümidvericidir və hazırda mənbələrin dəyərləndirilməsi üzrə üçüncü tərəflərlə müzakirələr aparılır. Hazırda bərpa edilmiş müqavilə sahələrinin potensialını qiymətləndirilir. Zəngilanın “Vecnəli” müqavilə sahəsi üzrə dəyərləndirmələr zamanı yüksək dərəcədə filiz ehtiyatlarının və onların daşınmasının məqsədəuyğun olduğu müəyyən edilib”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.