Sahil Babayev Erkan Özoralla görüşdü

Sahil Babayev Erkan Özoralla görüşdü
15 Apr 2021 15:41


“Qardaş Türkiyə ilə ötən dövrdə sosial sahədə formalaşmış qarşılıqlı çoxistiqamətli əməkdaşlıq əlaqələri qarşıdakı dövrdə daha da genişlənəcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirdiyi görüşdə bildirib.

Nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfərindən bəhs edərək, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

S.Babayev Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın əsasında dostluq, qardaşlıq amilinin dayandığını qeyd edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında Azərbaycan və Türkiyə dövlət başçılarının birgə səylərinin mühüm rolunu diqqətə çatdırıb. Bütün sahələrdə olduğu kimi, sosial sahədə də əlaqələrin daim genişlənməkdə olduğunu, bir sıra əməkdaşlıq sənədlərinin imzalandığını qeyd edib.

O, Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin əhəmiyyətini, Türkiyənin təşkilatları və QHT-ləri ilə əlaqələri vurğulayıb.

Nazir bildirib ki, E.Özoralın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər uğurla inkişaf edib. Prezident İlham Əliyevin 10 aprel 2021-ci il tarixli Sərəncamı ilə E.Özoralın “Dostluq” ordeni ilə təltif olunması da onun iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə yüksək qiymət verildiyinin nümunəsidir.

Ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkür edən S.Babayev ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

E.Özoral Türkiyə ilə Azərbaycanın münasibətlərinin ən yüksək səviyyədə olmasından məmnunluğunu, dünyada bir-birinə bu qədər yaxın, dost olan digər ölkələr olmadığını qeyd edib. O, Azərbaycanı heç zaman öz ölkəsindən ayırmadığını, Azərbaycana daim doğma münasibət bəslədiyini deyib.

Ölkəmizin tarixində şanlı qəhrəmanlıq salnaməsinin yazıldığı, möhtəşəm Zəfərin əldə olunduğu bir dövrdə burada səfir kimi çalışmaqdan daim qürur hissi keçirdiyini vurğulayıb. E.Özoral iki ölkənin sosial sahədə əməkdaşlığının da xeyli inkişaf etdiyini bildirib.

Görüşdə iki ölkənin sosial sahədə gələcək əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.