Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında baş tutan telefon danışığında Qarabağ mövzusu müzakirə edilib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Aleksandr Lukaşenkonun bu yaxınlarda Azərbaycana səfəri kontekstində Qarabağ mövzusuna toxunulub” – mətbuat xidmətinin açıqlamasında qeyd olunur.
V. Putin və A. Lukaşenko həmçinin Rusiya-Belarus müttəfiq münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.
Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.