Dünya çempionatını keçirməyə namizədlərdən biri Azərbaycandır - FOTO

Dünya çempionatını keçirməyə namizədlərdən biri Azərbaycandır - FOTO
09 Apr 2021 15:36


2021-ci ildə kikboksinq üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə seçiminin son mərhələsi yaxınlaşıb.

realpress.az-ın xəbərinə görə, WAKO Təşkilat Komitəsinin üzvü, WAKO Avropanın baş katibi Srcan Buqarçiç Bakıya gəlib.

O, 2021-ci ildə keçirilməsi planlaşdırılan böyüklər və veteranların dünya çempionatını təşkil etməsi üçün namizədliyini irəli sürən Azərbaycan Kikboksinq Federasiyasının (AKF) göndərdiyi təklifləri yoxlamaq üçün inspeksiya məqsədilə paytaxtımıza səfər edib. Səfər zamanı S.Buqarçiç müxtəlif görüşlər keçirərək, eyni zamanda AKF tərəfindən təklif olunan və dünya çempionatı üçün nəzərdə tutulan otellərlə, həmçinin mötəbər yarışın keçirilmə yeri kimi nəzərdə tutulan Heydər Əliyev İdman və Konsert Kompleksinin şəraitilə tanış olub.

Gənclər və İdman Nazırliyində keçirilən görüşdə nazir müavini İsmayıl İsmayılov, İdman şöbəsinin rəisi Fərid Mansurov, S.Buqarçiç, AKF prezidenti Orxan Əliyev, AKF-nın I vitse-prezidenti Ehram Məcidov və federasiyanın baş katibi, milli komandanın rəisi Sadıx Bağırov iştirak edib. Görüş zamanı S.Buqarçiç dünya çempionatının ev sahibliyi edəcək ölkə seçiminin son mərhələsinin yaxınlaşması barəsində məlumat verib, 10-a yaxın namizəd ölkənin müxtəlif səbəblərdən növbəti mərhələyə qatıla bilməyəcəyini bildirib. 

Srcan Buqarçiç artıq dörd namizəd ölkənin son seçmə mərhələsinə qatılacağını, onların arasında Azərbaycan, Niderland, İtaliya və Monteneqro olduğunu elan edib. O, Niderlandın paytaxtı Amsterdamda şəraiti yoxladıqdan sonra Bakıya gəldiyini vurğulayıb. Qonaq həmçinin 2009-cu ilin dünya çempionatının lou-kik üzrə 81 kq çəki dərəcəsində final döyüşünü xatırladaraq Ehram Məcidovu kikboksinqin “Brilliant döyüşçüsü” adlandırıb.

Qeyd edək ki, WAKO-nun (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) İdarə Heyəti aprelin 17-də keçirəcəyi növbədənkənar iclasında ev sahibi barədə yekun qərar verəcək. Dünya çempionatı noyabrın sonlarına planlaşdırılır.



26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.