Xalq artisti Azər Zeynalov əməliyyat olunub.
“Ölkə.Az”ın məlumatına görə, səhhəti qəfil pisləşən sənətkar açıq ürək əməliyyatı keçirib.
Faktı sənətkarın ailəsindən təsdiq ediblər. Bildirilib ki, o, hazırda danışa bilmir, həkimlər telefonla danışmağına icazə vermir:
“Mart ayının 10-da Azər müəllim infarkt keçirmişdi. Həkimlər onun həyatını xilas etmək üçün ürəyinin bir damarına “stend” qoydular. Sonra məsləhət olundu ki, üç həftə sonra əməliyyat edilsin. Aprelin 2-də açıq ürək əməliyyatı keçirdi”.
Bu ilin yanvarın 28-də Kəlbəcərdə həlak olan Fəthulla Siracovun atası Qasım Siracov oğluna şəhidlik statusu verilməməsindən narazıdır.
Müdafiə Nazirliyi Ağdamın İsmayılbəyli kəndindən görüntülər paylaşıb.
2021-2022-ci il payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.