Polkovnik: “Yaralının son vəziyyəti məlum olana qədər ordudan tərxis oluna bilməz”

Polkovnik: “Yaralının son vəziyyəti məlum olana qədər ordudan tərxis oluna bilməz”
05 Apr 2021 09:34


“Yaralıların hamısı ordudan tərxis olunmayıb. Yaralıların ordudan tərxis olunması üçün qaydalar var. Belə ki, yaralının son vəziyyəti məlum olana qədər ordudan tərxis oluna bilməz”.

realpress.az xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

Onun sözlərinə görə, yaralının müalicəsi tam başa çatdıqdan sonra ordudan tərxis olunmalıdır:

“O yaralıların ki, müalicəsi sona çatıb onlar ordudan tərxis olunublar. 200-ə yaxın qazimiz artıq pensiya alır. Kimlər ki, ordudan tərxis olunur, onların hərbi xidmətlə səbəb əlaqəsini təyin edirik. Bundan sonra onların sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Daha sonra Nazirlikdə onların pensiya məsələsinə baxılır. 

Orduda xidmətini davam etdirən, yəni ordudan tərxis olunmayanların bəzilərinə evdə məzuniyyət verilib. Evdə məzuniyyət o adamlara verilir ki, qolu qırılıb, ayağında sınıqlar var və s. Onlara müəyyən müalicə proseduru tətbiq edildikdən sonra könüllü olaraq evdə 30-45 gün hətta 2 ay müddətində məzuniyyətə buraxılır. Məzuniyyətdə olduqları müddətdə onların tibbi təminatı Müdafiə Nazirliyinin üzərindədir. Əgər bir əsgərə məzuniyyət verilirsə onun dərman təminatı bizim üzərimizdədir. Əgər yaralı ordu sıralarından tərxis olunursa, qaydalara görə onun dərman təminatı bizim təminatımızdan çıxır”.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Hərbi Xidmət keçmə haqqında qanununda kimlərin müdafiə nazirliyində müalicə keçməsi hüququ qeyd olunub:

“Orada yazılıb ki, yaşına, xəstəliyinə ştatların ixtisarına və ailə vəziyyətinə görə tərxis olunmuş 20 il və daha artıq xidmət etmiş yüksək rütbəli zabitlər, habelə eyni qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış digər zabit və gizirlər müalicə ala bilər. Bu gün ehtiyyatda olan və 20 il xidməti olan zabitlər, gizilər və onların ailələri bizim təminatımızdadır. Digərləri, hazırda xidmət edən hərbi qulluqçular və onların ailə üzvləri müalicə xərclərini ödəməklə bizim təminatımızdadır”.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.