“Azərenerji”: Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq

“Azərenerji”: Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq
07 Mar 2021 11:30


Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində diplomatik korpus nümayəndələri Laçında olublar.

APA-nın məlumatına görə, Laçında yerləşən "Güləbird" SES-ə baş çəkən diplomatlara SES-in əvvəlki vəziyyəti barədə məlumat verilib. “Azərenerji”nin vitse-prezidenti Ziyəddin Quliyev bildirilib ki, dekabrın əvvəllərindən etibarən SES-də təmir işləri aparılıb.

O həmçinin deyib ki, bu ilin sonuna qədər Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq.

Z.Quliyev əlavə edib ki, martın 20-də Şuşada rəqəmsal yarımstansiyanın tikintisi başa çatacaq ki, oradan Xankəndiyə, Laçına enerji paylanacaq.

“Azərenerji” rəsmisi Qamışlıda, Kəlbəcərdə aprel ayının sonunadək bir yarımstansiyanın tikintisinin tamamlanacağını da deyib. O, Həkəri və Tərtər çayları üzərində 27 stansiya tikilib, bərpa olunacağını bildirib.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.