Hulusi Akardan helikopter qəzası ilə bağlı AÇIQLAMA

Hulusi Akardan helikopter qəzası ilə bağlı AÇIQLAMA
05 Mar 2021 10:21


Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Bitlis şəhərinin Tatvan rayonunda baş verən helikopter qəzası ilə bağlı açıqlama verib.

“Haber Global” məlumat verir ki, o, Baş qərargah rəisi general Yaşar Gülər ​​və Quru Qoşunları komandiri, general Ümid Dündar ilə birlikdə Elazığdakı 8-ci Korpus Komandirliyinə gəlib.

Akar bildirib ki, ilkin məlumata görə, Bingöldən saat 13:55-də Tatvana doğru istiqamətlənən Quru Qoşunları Komandanlığına məxsus “Cougar” tipli helikopter hava şərtləri səbəbiylə qəzaya uğrayıb.

“Araşdırmalar bu gün başlayacaq. Hadisənin dəqiq səbəbi ətraflı araşdırma nəticəsində müəyyən ediləcək. Şəhidlərimizin və yaralananların evakuasiyasında bütün vasitələri səfərbər edərək qısa müddət ərzində aidiyyəti dövlət qurumları və təşkilatlar tərəfindən hər cür dəstək verilib. Dərdimiz böyükdür, millət olaraq dərin kədər içindəyik”.

Türkiyəli nazir qəzada həyatını itirən yaralılara şəfa, hərbçilərə rəhmət diləyib, yaxınlarına, millətə başsağlığı verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri Mustafa Şəntop, CHP lideri Kamal Kılıçdaroğlu, Prezidentin Mətbuat katibi İbrahim Kalın, Rabitə naziri Fəxrəddin Altun, AK Partiya Mətbuat spikeri Ömer Çelik, MHP lideri Dövlət Bahçeli, İYİ Partiya Başçısı Meral Akşener və Səadət Partiyası lideri Təməl Karamollaoğlu başsağlığı mesajları paylaşıblar.

Xatırladaq ki, Türkiyənin Tatvan rayonunun Çəkməcə kəndi yaxınlığında, günorta saatlarında ölkənin silahlı qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 11 hərbçi həlak olub. Qeyd edək ki, qəzada həlak olanlar arasında Türkiyə Quru Qoşunlarının 8-ci korpusunun komandanı, general Osman Erbaş da olub. Yaralanan iki hərbçi xəstəxanada müalicə olunur.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.