Vətən müharibəsinin daha bir qəhrəmanı - FOTO

Vətən müharibəsinin daha bir qəhrəmanı - FOTO
03 Mar 2021 17:32


Vətən müharibəsində igidlik nümayiş etdirən oğullardan biri də baş leytenant Məhəmmədəli Tağılıdır.

realpress.az “Azərbaycan Ordusu” qəzetinə istinadən xəbər verir ki, M.Tağılı Vətən müharibəsində mexanikləşdirilmiş bölüyün komandiri kimi Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Məhəmmədəli döyüşlər başlayan zaman Füzuli rayonunun işğalda olan kənd Horadizin azad olunması tapışırığını alır və bölməsinin şəxsi heyəti ilə düşmənin mövqelərini darmadağın edir.

Uğurlu əməliyyatlar keçirən zabit bölməsi ilə Cəbrayıl rayonunun bir neçə kəndinin, Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı yüksəkliklərin və Tuğ kəndinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir.

Daha sonra zabitin rəhbərlik etdiyi bölmə Şuşa şəhəri istiqamətində irəliləyir. Baş leytenant Məhəmmədəli Tağılı Şuşa şəhəri yaxınlığında düşmənin aramsız atəşi zamanı yaralanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmir Mürvət oğlu Qədirovu təxliyyə edərək onun sağ qalmasında böyük rol oynayır.

Döyüş tapşırığının icrasına davam edən bölmə xüsusi təyinatlı qüvvələrlə birlikdə Şuşanın azad edilməsinə nail olur.

Şərəfli döyüş yolu keçən baş leytenant Məhəmmədəli Tağılı “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


15 Apr 2021
Hərbi

Gənc əsgərlər hərbi hissələrdə xüsusi hazırlıqlar keçir - FOTO+VİDEO

Azərbaycan ordusunun bütün hərbi hissələrində hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir, bu kateqoriyadan olan hərbi qulluqçularla müxtəlif nəzəri və praktiki məşğələlər keçirilir.

14 Apr 2021
Hərbi

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb - FOTO

Bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb.

14 Apr 2021
Hərbi

Paşinyan Qasparyanı yalan danışmaqda günahlandırdı

Ermənistan baş naziri Nikol Paşinyan ölkənin sabiq baş qərərgah rəisi Onik Qasparyanı yalan danışmaqda günahlandırıb.

14 Apr 2021
Hərbi

Paşinyan ilk dəfə etiraf etdi: “Oktyabrın ikinci yarısında ağır güzəştlərə getmək qərarına gəldim”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında Qarabağda şiddətli döyüşlərin getdiyi zaman, xüsusilə Təhlükəsizlik Şurasının 19 oktyabr iclası və bundan sonra baş tutmuş Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı aparılan müzakirələrin bəzi təfərrüatlarını açıqlayıb.

14 Apr 2021
Hərbi

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.