Gürcüstan və Türkiyə XİN rəhbərləri Azərbaycanla üçtərəfli iş birliyini müzakirə ediblər

Gürcüstan və Türkiyə XİN rəhbərləri Azərbaycanla üçtərəfli iş birliyini müzakirə ediblər
03 Mar 2021 16:32


“Bu gün Gürcüstan, Türkiyə, Azərbaycanla üçtərəfli iş birliyi barədə danışdıq”.

Bunu Gürcüstan Xarici İşlər naziri (XİN) David Zalkaliani Türkiyədə həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.

Gürcüstan XİN rəhbəri bunun bölgə üçün çox önəmli olduğunu vurğulayıb.

“Regionda yeni əməkdaşlıq platformaları ilə bağlı təşəbbüslər irəli sürülür. Hesab edirik ki, bu formatlar ölkələrin ərazi bütövlüyünə və suvenerlik prinsiplərinə hörmətə əsaslanmalıdır”, - deyə Zalkaliani bildirib.

O, Türkiyə ilə iqtisadi, ticarət məsələləri, sərbəst ticarət razılaşması barədə müzakirələrin aparıldığını da qeyd edib:

“Bu anlaşma ilə aramızdakı ticarət əlaqələri daha da genişlənəcək”.

Gürcüstanlı nazir bölgədəki problemlərin öhdəsindən Türkiyə ilə birgə gəlinəcəyinə ümid etdiyini deyib.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.