İsrailli həkimlər neçə qazimizi əməliyyat edib? - RƏSMİ + FOTO

İsrailli həkimlər neçə qazimizi əməliyyat edib? - RƏSMİ + FOTO
03 Mar 2021 15:35


“YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən dörd gün ərzində israilli həkimlər 130 qazimizi müayinə edilib.

Fonddan verilən məlumata görə, onlardan 22-si əməliyyat edilib, 25-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

Xatırladaq ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:

https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.


16 Apr 2021
Hərbi

Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan ordusunda Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

15 Apr 2021
Hərbi

Topçu Vüsal məşhur şəklindən danışdı: “Yaxın dostumu itirmişdim döyüşlərdə”

Topçu Vüsal məzuniyyətə gəlib. Bu xəbər sevinc kimi tez-bazar yayıldı və hamı dildən-dilə, ağızdan-ağıza əsgərin məzuniyyətə gəlişindən danışdı. Vüsalın məzuniyyətə gəlişi səssiz-sədasız olsa da, xəbər tutanlar evlərinə axışmağa başladılar.

15 Apr 2021
Hərbi

Gənc əsgərlər hərbi hissələrdə xüsusi hazırlıqlar keçir - FOTO+VİDEO

Azərbaycan ordusunun bütün hərbi hissələrində hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir, bu kateqoriyadan olan hərbi qulluqçularla müxtəlif nəzəri və praktiki məşğələlər keçirilir.

14 Apr 2021
Hərbi

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb - FOTO

Bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb.