“Dünən gətirilən uşağın valideynlərinin müəyyən olunması barədə artıq araşdırma aparılır”.
Bu barədə realpress.az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, ilkin məlumata görə, uşaq tapıldığı ərazidə yaşamır:
“Qızın təxminən 4 yaşı var. Adının Nərgiz olduğunu deyir. Uşaq Xətai Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru tərəfindən bizə gətirilib. Uşaqla söhbət zamanı bildirib ki, onu anası həmin ərazidə qoyub, gedib.
Lakin uşağı görənlər deyir ki, onu qucağında körpə uşaq olan yaşlı bir qadın həmin əraziyə gətirib. Uşağın tapıldığı ərazidə heç kim onu tanımayıb. Hazırda ərazidəki təhlükəsizlik kameralarına baxılır, araşdırma aparılacaq. Daxili İşlər Nazirliyinin müvafiq şöbəsindən mənimlə əlaqə saxlanıldı”.
realpress.az-ın hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, uşaq tapılan zaman çox baxımsız vəziyyətdə olub:
“Faktla bağlı araşdırma aparılır”.
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərara dəyişiklik edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bir müddət əvvəl tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub. Bu barədə Əlövsət Quliyev öz sosial şəbəkə hesabında məlumat verib:
Son günlər sosial şəbəkələrdə özünü Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi təqdim edən Xəlilov Elvar Mirzəələkbər oğlunun Cəmil Həsənliyə görə partiyadan istefa verməsi barədə spekulyativ məlumatlar yayılmaqdadır.