Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının Vətən müharibəsində yaralanmış qazilərlə görüşləri davam edir. Bu dəfə Sumqayıt Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən qazi Camal İlqar oğlu Alxasovla görüş olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlik tərəfindən qazilərin əlilliyinin qiymətləndirilməsi sahəsində operativ tədbirlər görülür. Artıq 200-dən çox qazimizə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Onlara Prezidentin aylıq təqaüdlərinin, əlilliyə görə aylıq pensiya və ya müavinətlərin proaktiv qaydada təyinatı həyata keçirilib.
C.Alxasova ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar I dərəcə müddətsiz əlillik və Prezidentin aylıq təqaüdü, həmçinin əlilliyə görə müavinət təyin olunub. Görüş zamanı qaziyə təqaüd kartı təqdim edilib. Ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan digər dəstək tədbirləri, bu tədbirlərdən necə faydalana bilməsi üçün prosedurlar barədə məlumat verilib.
Qazinin ailəsinin də sosial vəziyyəti öyrənilib, ailə üzvünün məşğulluq məsələsi həll olunub.
Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən C.Alxasovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təminatı işləri də aparılır.
Azərbaycan ordusunun bütün hərbi hissələrində hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir, bu kateqoriyadan olan hərbi qulluqçularla müxtəlif nəzəri və praktiki məşğələlər keçirilir.
Bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Ermənistan baş naziri Nikol Paşinyan ölkənin sabiq baş qərərgah rəisi Onik Qasparyanı yalan danışmaqda günahlandırıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında Qarabağda şiddətli döyüşlərin getdiyi zaman, xüsusilə Təhlükəsizlik Şurasının 19 oktyabr iclası və bundan sonra baş tutmuş Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı aparılan müzakirələrin bəzi təfərrüatlarını açıqlayıb.