Fevralın 26-da Prezident İlham Əliyevin dörd saatdan çox davam edən mətbuat konfransı bir sıra aktual məsələlərin səsləndirilməsi beynəlxalq medianın diqqətini üzərinə çəkib
Ümumiyyətlə son altı ayda Prezident İlham Əliyevin çıxışları dünya mediyası, eləcə də ölkə ictimaiyyətinin müzakirəsinə səbəb olur.
Prezident dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində 35 müxbirin verdiyi 50-yə yaxın suala cavab verməsi onun natiqlik məharətini də üzə çıxarıb.
Millət vəkili Hikmət Babaoğlu Baku TV-yə bildirib ki, media adlandırılan “yumşaq güc” vasitəsinin imkanlarından dünyanın heç bir siyasi lideri bu qədər effektiv istifadə etməyib:
“Azərbaycan prezidentinin mediyanın bu imkanlarından istifadə etməsi, bir dildən digər dilə çox rahat keçməsi bir liderin öz ölkəsinin maraqlarını məharətlə dünyaya çatdırmaqdır. Bu dünya liderləri arasında görünən yeni bir təcrübə idi”.
Millər vəkili Cavid Osmanovsa bildirib ki, Prezident bütün sualları əsaslı faktlara söykərək, dəqiq və ətraflı cavablandırdı:
“Bu mətbuat konfransını Prezidentin özünün şəxsən rəhbərlik etdiyi Azərbaycanın informasiya müstəvisində, o cümlədən diplomatik sahədə qazandığı növbəti şanlı qələbə kimi qiymətləndirmək olar”.
Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
“Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilib.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilib.