2020-ci ilin IV rübündə Böyük Britaniyada işsizlik səviyyəsi 5,1% təşkil edib ki, bu da 2016-cı ilin I rübündən bəri ən yüksək göstəricidir.
Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatında bildirilir ki, təkcə yanvar ayında işsiz əhalinin sayı 83 min nəfər artıb. İngiltərə Bankının (Bank of England) proqnozlarına görə, 2021-ci ilin ortalarına yaxın ölkədə işsizlik səviyyəsi 8%-dək artacaq.
Qeyd edək ki, ölkədə işsizlik səviyyəsi hökumətin İşlərin Saxlama Sxemi ("Job Retention Scheme") sayəsində stabil səviyyədə saxlanırdı və bu tədbirlər nəticəsində ötən ilin oktyabrın 1-nə 2,4 mln. iş yeri xilas olunmuşdu.
Sözügedən proqram Britaniya hökumətinin COVID-19 dövründə iqtisadi bərpaya yönələn ən bahalı tədbiridir. Aprelin 30-da başa çatacaq proqramın ölkəyə 70 mlrd. funt sterlinqə (98 mlrd. ABŞ dolları) başa gələcəyi gözlənilir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransı keçirib.
“Bu gün Gürcüstan, Türkiyə, Azərbaycanla üçtərəfli iş birliyi barədə danışdıq”.
Yunanıstanda Elasson bölgəsindən 21 kilometr cənub-qərb istiqamətində 5,9 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, təkanın ocağı 2 kilimetr dərinlikdə yerləşib. Zəlzələ Larisdə, Afinada və Salonikdə hiss edilib. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.