Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsidir
23 Fev 2021 09:44


Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir. 

Bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. 

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. 
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. 

Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. 

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. 
Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır.

Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir. 

Qeyd edək ki, Azərbaycanda martın 2-də Od, martın 9-da Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 13:37-də qədəm qoyacaq. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

3 Mar 2021
Cəmiyyət

Sahil Babayev İlham Məhərrəmovu təbrik etdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə baş məşqçisi, Qarabağ qazisi İlham Məhərrəmovu Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı almağı münasibətilə təbrik edib.

3 Mar 2021
Cəmiyyət

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı?

“Təhsil müəssisələrinin pedaqoji və texniki heyətinin vaksinasiya prosesi məcburi deyil”.

3 Mar 2021
Cəmiyyət

İdarə müdirindən məktəblərin bağlanması ilə bağlı iddialara CAVAB

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərin bağlanması ilə bağlı iddialara münasibət bildirib.

3 Mar 2021
Cəmiyyət

Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA

“Düşünürəm ki, kütləvi vaksinasiya bizim məktəblərin əyani tədrisə keçidini daha da sürətləndirəcək”.

3 Mar 2021
Cəmiyyət

Üzgüçülərimiz Latviyada 10 medal qazandı

“97-ci Latviya Açıq” beynəlxalq turniri lisenziya xarakterli olduğundan çox əhəmiyyətli idi. Bu yarışda üzgüçülərimiz 10 medal qazandı.