Şuşaya gedən Zəfər yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ

Şuşaya gedən Zəfər yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ
22 Fev 2021 12:20


Şuşaya gedən Zəfər yolunun avqust ayının sonuna qədər asfaltlanması planlaşdırılır.

realpress.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə deyib. 

Sədr Şuşaya torpaq yolla gediş-gəlişin mümkün olduğunu qeyd edib:

“Yolun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır. Şuşaya gedən yolun 61 kilometrə yaxın hissəsi minadan tam təmizlənməyib, yalnız yolun çəkiləcəyi ərazinin 7 metr enində olan hissəsi təhlükəsizdir.

Ümumilikdə isə ikinci dərəcəli yol çəkmək üçün bizə 17 metrlik zolaq lazımdır. Biz yolların tikintisində çalışan insanların təhlükəsizliyini də nəzərə alırıq. Minalardan təmizlənmə işləri həyata keçirildikcə biz də yolun genişləndirilməsini təmin edəcəyik. Ümumilikdə avqustun sonuna qədər Zəfər yolu xalqın istifadəsinə veriləcək”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.