Vətən müharibəsində iştirak edən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
realpress.az-ın məlumatına görə, şəhid olan şəxs 1994-cü-ci il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini Xüsusi Təyinatlı Qüvvələrin giziri Namazov Babək Səhman oğludur.
B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür.
Qeyd edək ki, şəhid B.Namazov bu gün dəfn olunacaq.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.