ÜST-dən koronavirus açıqlaması: Ağır xəstələrin sayı niyə artır?

ÜST-dən koronavirus açıqlaması: Ağır xəstələrin sayı niyə artır?
26 Yan 2021 17:09


COVID-19-un yeni ştammı yalnız onun yayılma sürətinə təsir edib. Bu da öz növbəsində ağır xəstələrin sayını artırıb.

Bu barədə “RİA Novosti” ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harrisə istinadən məlumat yayıb.

“Pandemiyanın əvvəlindən virusun mutasiya etməsindən ehtiyat edirdik. Buna görə də hər zaman mutasiyaya imkan verməmək üçün xəstəliyin yayılmasını azaltmağı tövsiyə edirdik. İndiyə qədər ötürülmənin sürətlənməsindən başqa virusda heç bir dəyişiklik görməmişik”, - deyə ÜST rəsmisi bildirib.

M.Harrisin sözlərinə görə, hətta Britaniya ştammında belə virusun daha ağır xəstəlik yaratmasından söhbət getmir:

“Biz virusun peyda olan bütün variantlarını öyrənirik. Onlardan heç biri xəstəliyi ağırlaşdırmır. Əgər sizdə virus sürətlə yayılırsa, o zaman xəstəliyi ağır keçirənlərin sayının daha çox olduğunu görəcəksiniz”.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.