Birdəfəlik sığorta ödənilən şəhid vərəsələrinin sayı açıqlandı

Birdəfəlik sığorta ödənilən şəhid vərəsələrinin sayı açıqlandı
26 Yan 2021 14:06


“2020-ci ildə Vətən müharibəsi nəticəsində şəhid olmuş 2 015 nəfərin vərəsələrinə 11 min manat birdəfəlik sığorta ödənişi verilib”.

realpress.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib. 

“Ağır xəsarət alan hərbçilərdən 2 858 nəfərin, yüngül xəsarət alan 3 726 nəfərin ya özlərinə, ya da ailə üzvlərinə ümumilikdə 32 milyon manat məbləğində sığorta ödənişinin verilməsi davam edir”, - deyə şöbə müdiri qeyd edib.

O bildirib ki, ümumilikdə şəhidlərin üçdə ikisinin ailəsinə ödəniş həyata keçirilib:

“Eyni zamanda 2 790 şəhidin 7 190 ailə üzvünə sosial ödənişlər təyin edilib. 11 hərbi qulluqçuna əlillik dərəcəsi müəyyən edilib”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.