Şuşanı azad etmək arzusu ilə yaşayan şəhid kəşfiyyatçı - VİDEO

Şuşanı azad etmək arzusu ilə yaşayan şəhid kəşfiyyatçı - VİDEO
24 Yan 2021 13:12


44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında kəşfiyyatçı gizir Tərzan Haşımov da var.

Tərzan Qəhrəman oğlu Haşımov 1989-cu ildə aprel ayının 13-də Lerik rayonunun Bibiyani kəndində anadan olub. Uşaqlığı doğulduğu Bibiyani kəndində keçib. Tərzan hələ uşaq vaxtlarından vətəninə, elinə çox bağlı biri olub. 1995-ci ildə Lerik rayon şəhid Mikayıl Qasımov adına Bibiyani kənd natamam orta məktəbin birinci sinfinə daxil olub. 2004-cü ildə həmin məktəbin doqquzuncu sinfini başa vurduqdan sonra Hamarmeşə kənd tam orta məktəbində təhsilini davam etdirib.

2006-cı ildə orta məktəbi bitirib. 2007-ci ilin aprel ayında Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilib.

T.Haşımov 2009-cu ilin 15 oktyabrından 2010-cu ilin martın 6-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlıq kursu”nda oxuyub. O, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla kurs yoldaşı olub.

Ailə üzvləri danışır ki, Mübarizin şəhid xəbəri Tərzana çox pis təsir edib və “Ruhun şad olsun, Mübariz, qisasın alınacaq” deyib. Tərzan kursu başa vurduqdan sonra - 2010-cu ilin mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi alıb və Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmətini davam etdirib. Daha sonra isə 1-ci Ordu Korpusunun komandirinin 21.11.2010-cu il tarixli əmrinə əsasən, Bərdə rayonunda yerləşən N saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmətini davam etdirib.

T.Haşımov 2010-cu il dekabr ayının 28-də Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün N saylı hərbi hissəyə ezam olunub. Dəfələrlə Turkiyədə paraşüt kurslarında iştirak edib.
2011-ci il iyun ayının 8-də kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin əmrinə əsasən, Xüsusi Təyinatlı qrupun kəşfiyyatçısı (radioteleqrafçı) vəzifəsinə təyin olunub. Nümunəvi xidmətinə görə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.

T.Haşımov 2016-cı ilin Aprel döyüşləri zamanı mənfur düşmənə qan udduran xüsusi təyinatlı qəhrəman Natiq Mehdiyevi yaralı halda son anda xilas edib. Bununla yanaşı, şəhid Müstəcəbov Orxanın nəşini də neytral zonadan çıxarıb. Döyüşdə özü də ağır yaralanıb. Həmin döyüşlərdə bir neçə silahdaşını itirən Tərzan onların qisasını almaq arzusu ilə yaşayırdı və o günün mütləq gələcəyini bilirdi.

Nəhayət, 2020-ci ilin sentyabrın 27-də hamı kimi o da Vətən müharibəsinə qatılır. Qəhrəman gizir Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl və Laçın uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Oktyabr 19-da Tərzan 30 nəfərdən ibarət şəxsi heyətlə Qırmızı Bazar uğrunda gedən döyüşlərə qatılıb və 600 nəfər erməni ilə vuruşur. Düşmənə sarsıdıcı zərbələr endirən gizir döyüşdə ağır yaralanıb və xəstəxanaya gətirildiyi zaman oktyabrın 19-dan 20-nə keçən gecə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. T.Haşımov son nəfəsində “həyat yoldaşımı və uşaqlarımı görmək istəyirəm” deyib və gözlərini əbədi yumub.

Şəhid doğulduğu Lerik rayonun Bibiyani kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, T.Haşımov 2015-ci ilin iyun ayında ailə həyatı qurub və iki azyaşlı qız övladı yadigar qalıb.

Şəhidin həyat yoldaşı Mətanət xanım deyir ki, Tərzanın yoxluğuna hələ də inana bilmir: “Telefonla danışanda həmişə deyirdi ki, şəhid olsam, nə xoş halıma”.

Döyüş yoldaşları isə söyləyirlər ki, Tərzan erməni dilini mükəmməl bilirdi. Məhz onun sayəsində düşmənin xeyli qüvvəsini pusquya salıb məhv ediblər.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, XTQ giziri, şəhid Tərzan Qəhrəman oğlu Haşımov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunur.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.