İkinci Qarabağ müharibəsində iştirak edən metropoliten əməkdaşları ilə görüş keçirilib - FOTO

İkinci Qarabağ müharibəsində iştirak edən metropoliten əməkdaşları ilə görüş keçirilib - FOTO
19 Yan 2021 12:49


“Bakı Metropoliteni” QSC-də Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. 

Bu barədə realpress.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, ötən il sentyabrın 27-də Ermənistan ordusu növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozdu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz əks-hücum əməliyyatlarına başlayaraq, cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad etdi.

Müzəffər ordunun qalibiyyət yürüşündə Bakı metropoliteninin əməkdaşları da iştirak edib. Şəhidlərimizin və qazilərimizin döyüş hünəri Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Onlar dövlətin müxtəlif ali mükafatlarına layiq görülüblər.

QSC kollektivi də Vətən müharibəsinin başladığı ilk günlərdən cəbhədə döyüşən metrpolitençiləri, eləcə də onların ailə üzvlərini diqqətdən kənarda qoymamağa çalışıb.

“Bu bizim borcumuz idi. Vətəni qoruyan oğullar arxa cəbhədən, ailələrinin güzəranından əmin olmalı idilər” - deyərək qəhrəmanlara müraciət edən QSC sədri Zaur Hüseynov qeyd edib ki, bütün metropolitençilər vətən, xalq qarşısında borcunu yerinə yetirmiş övladlarla qürur duyur və onlara minnətdardır.

Səmimi ovqatda keçən görüşdə vətən keşiyində dayanmış metropolitençilər təəssüratları və xatirələri ilə bölüşərək, bundan sonra da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və rifahı naminə milli birliyimizin möhkəmlənəcəyinə əminliklərini ifadə edərək, dövlət başçısının hər bir çağırışına hazır olduqlarını bəyan ediblər.

 


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.