Daha iki şəhid ailəsi təqaüd kartları ilə təmin edilib - FOTO

Daha iki şəhid ailəsi təqaüd kartları ilə təmin edilib - FOTO
19 Yan 2021 11:30


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəhid ailələrinə sosial ödənişlərin təyinatı onların müraciətinə ehtiyac olmadan proaktiv qaydada, operativ şəkildə aparılır.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İntiqam Hacıyevin (Ağcabədi rayonu) və erməni terroru nəticəsində şəhid olmuş Vasif Rüstəmovun (Tərtər rayonu) ailələrinə də sosial ödənişlər artıq təyin olunub.  

Fondun sədr müavini Zəka Mirzəyev hər iki şəhid ailəsini ziyarət edib. O, şəhid ailələrinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. Dövlət başçısının Fərmanı ilə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdünün bu ilin əvvəlindən 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldığını qeyd edib. Eyni zamanda, həmin ailələrin təqaüdlə yanaşı, pensiya və ya müavinətlərlə də təmin edildiklərini bildirib.

Z.Mirzəyev hər iki ailəyə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğunu bildirib və onlara təqaüd kartlarını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqələrini təqdim edib. 
Ailələrə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə də məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı qeyd edilib.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.