Bakı qara hazırlaşır: Texnikalar hazır vəziyyətə gətirildi

Bakı qara hazırlaşır: Texnikalar hazır vəziyyətə gətirildi
19 Yan 2021 11:26


Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilib.

İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb. 

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib.

BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov realpress.az-a bildirib ki, idarənin balansında olan 50-dən çox qış texnikası təmir edilərək start xəttinə düzülüb:

“Əlavə olaraq 5000 tondan çox texniki duz vasitəsi alınıb. 24 saatlıq iş rejimi tətbiq edilib. Bütün rayonlar üzrə tərəfimizdən təhkimçi-işçi qruplar təmin edilib və mütəmadi olaraq İcra Hakimiyyətində yaradılan 24 saatlıq qərargahla mütəmadi əlaqə saxlayırlar”.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.