Ərdoğan: “Qarabağ məsələsində güclü iradəmizlə bütün dünyaya qətiyyətimizi göstərdik”

Ərdoğan: “Qarabağ məsələsində güclü iradəmizlə bütün dünyaya qətiyyətimizi göstərdik”
18 Yan 2021 16:25


Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ölkənin doqquz vilayətində keçirilən partiya konqresinə onlayn şəkildə qatılıb. Konqres iştirakçılarına müraciətində dövlət başçısı hazırda Türkiyə və dünyada mövcud olan problemlərdən danışıb. Ölkəsinin xarici siyasəti ilə bağlı maraqlı açıqlamalar verən Ərdoğan Qarabağ məsələsinə də toxunub.

“Şərqi Aralıq dənizindən başlayaraq Qarabağ məsələsinədək güclü iradəmizlə bütün dünyaya qətiyyətimizi göstərdik”, - deyə Türkiyə prezidenti bəyan edib. 

R.T.Ərdoğan ölkəsinin istismar və istibdad üzərində qurulan və əsrlər boyu davam edən dünya düzənini dərindən sarsıtdığını bildirib.

“Artıq masa üstündə cızılan xəritələr bölgəmizdə tətbiq edilə bilməz. Təbii sərvətləri qarət etmək üçün vətəndaş müharibələri və terror hadisələri asanlıqla təşkil oluna bilməz. Türkiyəyə qarşı aparılan kampaniyanın məzmununa nəzər yetirin. Hər birinin arxasında bu məsələni görəcəksiniz. Kim nə deyirsə desin, tarix öz hökmünü verir”, - deyə dövlət başçısı qeyd edib.

25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.