Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünün pərdəarxası məqamları - VİDEO

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünün pərdəarxası məqamları - VİDEO
18 Yan 2021 11:45


Rusiyanın “Rossiya 1” telekanalı yanvarın 11-də Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə hazırlıq və pərdəarxası məqamlarla bağlı süjet hazırlayıb.

Süjetdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada hava limanına gəlməsi və Kremldə üçtərəfli görüş zamanı baş vermiş maraqlı məqamlara diqqət çəkilib.

Kanal Moskva hava limanında eyni anda Azərbaycan və Ermənistan liderlərini daşıyan təyyarələrin bir neçə metr məsafədə dayanmasını unikal kadrlar kimi təqdim edib.

Bundan əlavə, İlham Əliyevin təyyarədən enərkən çəkilmiş görüntülərində pandemiya ilə əlaqədar diplomatiya qaydalarına əlavə olunmuş daha bir məqam diqqət çəkib. Burada əllə salamlaşma olmayıb. Kremldə isə Vladimir Putin özü bu qaydanı pozub və Azərbaycan lideri ilə səmimi şəkildə görüşüb.

Bu və digər maraqlı məqamlar daha ətraflı videoda:

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

26 Apr 2024
Siyasət

İlham Əliyev Füzulidən Berlinə getdi - FOTO/VİDEO

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.

26 Apr 2024
Siyasət

Azərbaycan və Qazaxıstan birgə hərbi təlimlər keçirəcəklər - FOTO/VİDEO

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini - Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.