Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO
15 Yan 2021 18:04


Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə tariximizin şanlı qəhrəmanlıq səhifəsinə çevrilən 2020-ci il sosial sahədə mühüm sosial proqramların daha da genişləndiyi bir il kimi yadda qalıb. 

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Beyləqan və Tərtər rayonları da daxil olmaqla, bir sıra bölgələrdə 20 fərdi yaşayış evinin şəhid ailələrinə, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edildiyi tədbirlərdə vurğulanıb.

Beyləqan və Tərtər rayonlarında evlərin təqdim edilməsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, həmin rayonların icra hakimiyyətlərinin başçıları Asif Ağayev və Müstəqim Məmmədov iştirak ediblər.

H.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2020-ci il üzrə rekord sayda - 1500 mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub. Həmçinin ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatına sosial tərəfdaşlar tərəfindən sosial məsuliyyət çərçivəsində mühüm dəstək göstərilib və onlar tərəfindən mənzillərin, fərdi evlərin verilməsi işləri davam edir.

Nazir müavini ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 9100-dən çox mənzil və fərdi ev verildiyini deyib. H.Abdullayev qeyd edib ki, keçmiş köçkünlər üçün azad edilmiş yurd yerlərində evlərin tikiləcəyi nəzərə alınmaqla, Prezident İlham Əliyev onlar üçün inşa olunmuş mənzillərin şəhid ailələrinə verilməsini tapşırıb. Dövlət başçısının göstərişi ilə həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri görülür. Bu da nəticədə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyişə imkan yaradacaq.

O vurğulayıb ki, Prezidentin 2020-ci il 30 dekabr tarixli fərmanları şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi qayğının növbəti təzahürü oldu. Fərmanlarla şəhid ailələri üçün Prezidentin təqaüdü 66,7 faiz artırılaraq, 300 manatdan 500 manata, Azərbaycanın Milli Qəhrəmanları üçün 20 faiz artırılaraq, 1500 manatdan 1800 manata çatdırıldı. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün də həmin təqaüd orta hesabla 50 faizdən çox artırıldı. Vətən Müharibəsi Qəhrəmanları üçün də Prezidentin aylıq təqaüdü (2 000 manat) təsis edildi. 

Yeni fərdi evlərlə təmin edilən vətəndaşlar onların sosial müdafiəsinin gücləndirilməsinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya, bu gün isə fərdi evlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.