Peyvənd koronavirusun “Britaniya ştammı”na təsir edir? - ÜST-dən AÇIQLAMA

Peyvənd koronavirusun “Britaniya ştammı”na təsir edir? - ÜST-dən AÇIQLAMA
13 Yan 2021 17:19


Koronavirus peyvəndinin virusun “Britaniya ştammı”na qarşı təsirli olmaması hələlik təsdiqini tapmayıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Melita Vuynoviç TASS-a açıqlamasında deyib.

“Böyük Britaniya koronavirusun yeni ştammının daha yoluxucu olduğunu bildirib. Ancaq onun daha yoluxucu olması və ya hazırlanan peyvəndlərin ona qarşı az effektli olması ilə bağlı məlumat hələ ki, yoxdur”, - ÜST mütəxəssisi qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə araşdırmalar davam edir:

“Hazırda yeni varianta əsasən 14 mutasiya mövcuddur. Bəziləri virusun yoluxma dərəcəsinə, yəni xəstədən sağlam insana ötürülmə qabiliyyətinə və ya xəstəliyin şiddətinə təsir edə bilir”.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.