Vətən müharibəsinin tarix yazan şəhidlərindən biri də İzzətli Fərid Aydın oğludur.
Şəhid leytenant İzzətli Fərid 21 mart 1994-cü ildə Şəki şəhərində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.
2015-ci ildə akademiyanı leytenant olaraq bitirib və xidmətinə Bakı şəhəri “N” saylı hərbi hissədə davam edib. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2018-ci ildə Qusar rayonunda “N” saylı hərbi hissəyə təyinat alıb.
Şəhid leytenantımız II Qarabağ savaşı başlayan gündən Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı rayonları uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib.
Fəridin sonuncu dəfə ailəsi ilə telefon əlaqəsi elə şəhadəti günü olub. O, atası ilə telefon danışığından bir neçə saat sonra 21 oktyabr 2020-ci ildə Qubadlıda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz 22 oktyabr 2020-ci ildə Şəkidə dəfn olunub. Fərid İzzətli ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhid leytenantımızdan yaş yarımlıq oğlu yadigar qalıb.
22 yaşlı snayper Sübhan Əbilzadə Vətən müharibəsinin qəhrəman şəhidlərindəndir.
Vətən müharibəsinin iştirakçılarından biri də Türkiyənin Aydın Universitetinin II kursunda təhsil alan Fariz İmanovdur.
Daxili İşlər Nazirliyi daha bir şəhid barədə məlumat yayıb.
“Qaradağ ərazisindəki qəbiristanlıqda dəfn olunan şəhidlərlə bağlı məsələyə müvafiq qurumlar tez reaksiya verməli idilər. Ancaq bu olmasa da, indi vəziyyəti düzəltməyə çalışırlar. Şəhid ailələrinin istəyinə uyğun olaraq bu problem həll olunacaq”.