Nazirliyin daha üç əməkdaşı ordudan tərxis olundu

Nazirliyin daha üç əməkdaşı ordudan tərxis olundu
13 Yan 2021 11:32


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının böyük mütəxəssisi Kamran Cümşüdlü, aparıcı mütəxəssisləri Saleh Ağayev və Maşallah Ağazadə ordu sıralarından tərxis olunaraq iş həyatına qayıdıblar.

Nazirlikdən bildirilib ki, tarixi zəfərimizin qəhrəmanlarından olan əməkdaşlar çalışdıqları kollektiv tərəfindən böyük fərəh və coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamları ilə Kamran Cümşüdlü “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

19 Yan 2021
Hərbi

Daxili Qoşunların şəhid çavuşu

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Mirəşrəfbəyli Mirsəfa Mirbaba oğlu 11 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.

19 Yan 2021
Hərbi

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərməkdən ibarət olub. Lakin 18 yaşında şəhidlik zirvəsinə ucalmaqla ali zirvəyə yüksəldi.

18 Yan 2021
Hərbi

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISI

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

18 Yan 2021
Hərbi

Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi

Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vüsal Məmmədovun bu gün övladı dünyaya gəlib. 

18 Yan 2021
Hərbi

Füzuli-Cəbrayıl-Zəngilan-Ağbənd dəmir yol xətti yenidən qurulur - VİDEO

Düşmən tapdağından azad edilən ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçirilir. Bu işlər çərçivəsində Füzuli-Cəbrayıl-Zəngilan-Ağbənd dəmir yol xətti yenidən qurulur.