Yeni Zelandiya koronavirus testi müsbət olan şəxsləri ölkəyə buraxmayacaq

Yeni Zelandiya koronavirus testi müsbət olan şəxsləri ölkəyə buraxmayacaq
12 Yan 2021 17:44


Yeni Zelandiyada yanvarın 15-dən etibarən koronavirusla mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq edilir.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə ölkənin COVID-19-la mübarizə naziri Kris Hipkins açıqlama verib.

Son həftələrdə xaricdən gələnlərdə COVID-19-un aşkarlanması ilə əlaqədar alınan yeni tədbirlərə görə, ölkəyə dönəcək olanlardan mənfi nəticəli koronavirus testi istəniləcək.

Ölkəyə səyahət edənlər təyyarəyə minməzdən 72 saat əvvəl verdikləri testin nəticəsini təqdim etməlidirlər.

Hipkins bildirib ki,  bu qayda əvvəlcə ABŞ və Böyük Britaniyadan gələnlərə, daha sonra digər ölkələrdən gələnlərə tətbiq olunacaq.

Qeyd edək ki, Yeni Zelandiyada indiyə qədər 2 222 nəfərdə koronavirus müəyyən edilib, onlardan 25 nəfər ölüb.

27 Yan 2021
Dünya

Britaniya səfiri Azərbaycanla iqtisadi əlaqələrdən yazdı - FOTO

Azərbaycanın və Böyük Britaniyanın iqtisadi inkişaf planları müzakirə olunub.

27 Yan 2021
Dünya

Putin “Davos həftəsi”ndə Qarabağla bağlı bəyanatdan danışdı

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 2020-ci ilin noyabrında imzalandığı üçtərəfli bəyanat ardıcıl şəkildə həyata keçirilir”.

27 Yan 2021
Dünya

Uhanlı həkimdən etiraf: “Minlərlə insan COVID-19-a yoluxanda biz onların sayını 41 göstərdik”

Keçən il yanvarın əvvəlində koronavirus pandemiyasının Uhan bölgəsində ilk dəfə başladığı zaman Çin səlahiyyətliləri açıqlama verməmək və maska taxmamaqla bağlı həkimlərə xəbərdarlıq edib.

27 Yan 2021
Dünya

ABŞ şirkətləri işğaldan azad edilən ərazilərin bərpasında iştiraka hazırdır - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

27 Yan 2021
Dünya

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi artıb

2020-ci ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi beynəlxalq ehtiyatlarının həcmi 6 milyard 369,4 milyon ABŞ dolları təşkil edib.