Bakıda itkin düşən 15 yaşlı Elvin Məmmədov tapılıb.
Bu barədə realpress.az-a onun atası Elçin Məmmədov məlumat verib.
O bildirib ki, oğlu paytaxtın Sabunçu rayonu ərazisində tapılıb:
“Elvini Sabunçuda vətəndaşlardan biri tapıb. Bilmirəm kim tapıb, amma Allah ondan razı olsun. Uşağı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verib. Bizə bölmədən zəng etdilər, getdik, Elvini götürdük. Hazırda Elvin evdədir, heç bir narahatlığı yoxdur. Məsələyə diqqət göstərən hər kəsə təşəkkür edirik”.
09:12
Bakıda 15 yaşlı oğlan itkin düşüb.
Bu barədə realpress.az-a onun atası Məmmədov Elçin məlumat verib.
O bildirib ki, oğlu Elvin Məmmədov ötən gün günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. Sonuncu dəfə dünən “Qara Qarayev” metrostansiyasının yaxınlığında görülüb.
Atasının sözlərinə görə, Elvin əqli qüsurludur və eşitmə problemi olduğundan qulağında eşitmə cihazı var. Evdən çıxanda üzərində qara gödəkcə, qara şalvar və qara rəngli ayaqqabı olub.
Yaşadığı ünvanı belə ifadə edə bilmir, psixoloji problemləri var.
Xahiş olunur, 15 yaşlı Elvini görən şəxslər 070 997 53 52 nömrəsi vasitəsilə məlumat versinlər.
“Azərbaycanın bank sektorunda kifayət qədər pul var və likvid aktivlәrin həcmi 9 milyard manat olmaqla, ani likvidlik әmsalı normativini iki dәfә üstәlәyir. Üstəlik bankların kapital adekvatlığı da itkilәri qarşılamağa kifayәt edir”.
Azərbaycanın öz suverenliyi uğrunda ilk şəhidlərini verdiyi Qanlı Yanvar faciəsindən 31 il ötür.
Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli film çəkib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2 778 şəhidin 6 790 ailə üzvünə sosial təminat növləri üzrə ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub.