Bəy kostyumu bayraqla əvəzlənən şəhid Rüfət Əliyev - FOTO/VİDEO

Bəy kostyumu bayraqla əvəzlənən şəhid Rüfət Əliyev - FOTO/VİDEO
12 Yan 2021 11:55


44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Rüfət Əliyevdir.  

Rüfət Füzuli oğlu Əliyev 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli tam orta məktəbi bitirib, 2010-2014 ci illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. O, universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan R.Əliyev əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub.

R.Əliyevin ailə üzvləri qeyd edir ki, onun ən böyük arzusu elə hərbçi olmaq idi:

“Rüfət ailədə üç qardaşın ən böyüyü idi. Nişanlı idi. Pandemiyaya görə toyu ləngimişdi, amma evinin hər hazırlığı görülmüşdü. Müharibədən qayıdıb ailə qurmaq, toy etmək arzusunda idi. Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin giziri idi Rüfət”.

R.Əliyev Bakıda hava limanında işləyib. İş yerindən öz istəyi ilə ayrılaraq, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazılıb. Avqustun 26-da hazırlıq keçmək üçün Lənkəran, Ağstafa, Daşkəsən istiqamətinə yollanıb. Müharibə başladıqdan sonra isə Füzuli, Hadrut, Cəbrayıl, Xudafərin, Zəngilan istiqamətlərində döyüşlərdə iştirak edib. 

“Müharibə müddətində bizimlə 3-4 gündən bir əlaqə saxlayırdı. Əlaqə saxlayanda da üstüörtülü şəkildə harada olduğunu deyirdi. Sonuncu dəfə noyabrın 6-sı bizimlə danışdı. Onda döyüş yoldaşları ilə birlikdə yüksəklik uğrunda əməliyyatdan qayıtmışdılar. Noyabrın 7-dən 8-nə keçən gecə saat 2-də Ağbənddə Rüfətin yanına minaatan mərmisi düşüb və qəlpə yarasından şəhid olub”.

Qeyd edək ki, Rüfət Əliyev şəhidlik zirvəsinə yüksəldikdən sonra “Vətən uğrunda” ordeni, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.


19 Yan 2021
Hərbi

Təltif edilən şəhid təhsil işçiləri - FOTO

44 günlük Vətən müharibəsində 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.

19 Yan 2021
Hərbi

Daxili Qoşunların şəhid çavuşu

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Mirəşrəfbəyli Mirsəfa Mirbaba oğlu 11 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.

19 Yan 2021
Hərbi

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərməkdən ibarət olub. Lakin 18 yaşında şəhidlik zirvəsinə ucalmaqla ali zirvəyə yüksəldi.

18 Yan 2021
Hərbi

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISI

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

18 Yan 2021
Hərbi

Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi

Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vüsal Məmmədovun bu gün övladı dünyaya gəlib.